Nazarbayevin əsas səlahiyyəti əlindən alındı

SİYASƏT

27 Yanvar 2022 11:12

Oxunma sayi: 220
Nazarbayevin əsas səlahiyyəti əlindən alındı

Qazaxıstan parlamentinin yuxarı palatası ölkənin birinci prezidenti Nursultan Nazarbayevin Təhlükəsizlik Şurasına və Xalq Assambleyasına ömürlük sədrliyinin ləğvinə dair düzəlişi təsdiq edib.

Yeni qanunun qüvvəyə minməsi üçün dövlət başçısı tərəfindən təsdiqlənməlidir.

Yuxarı palata həmçinin xarici və daxili siyasətin əsas istiqamətləri üzrə respublikanın eks-prezidenti ilə razılaşmaq zərurətinin ləğv edilməsini təklif ediblər.

Xatırladaq ki, ötən həftə parlamentin Məclisi Nazarbayevin Təhlükəsizlik Şurasına ömürlük sədrliyinin ləğvini təsdiqləyib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!