Nazirliyin aparatına rəhbərlik müvəqqəti olaraq müşavirə həvalə edilib

SİYASƏT

09 İyun 2022 18:38

Oxunma sayi: 460
Nazirliyin aparatına rəhbərlik müvəqqəti olaraq müşavirə həvalə edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) aparatına rəhbərlik müvəqqəti olaraq Yaşar Hacıyevə tapşırılıb.

Bu barədə nazirlikdən bildirilib.

Məlumatda deyilir ki, Y.Hacıyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müşaviridir.

O, əvvəllər “Azərkosmos” ASC-nin sədrinin köməkçisi, təşkilati işlər departamentinin direktoru vəzifəsini icra edib.

Xatırladaq ki, Prezident İlham Əliyevin mayın 24-də imzaladığı sərəncamla nazirliyin aparat rəhbəri Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!