“Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən rahat ola bilmərəm“ Şəhid polkovnik

SİYASƏT

21 Dekabr 2020 12:50

Oxunma sayi: 803
“Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən rahat ola bilmərəm“   Şəhid polkovnik

Nə qədər ki, torpaqlarımız işğal altındadır, mən rahat ola bilmərəm.

 

Bu sözləri deyib hərbidə xidmətini yüksək səviyyədə aparırdı Ruslan.

Azmedia.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Ruslan Tağıyev Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

İsmayıllı rayon sakini olan 38 yaşlı Ruslan Tağıyev noyabrın 4-də Laçın istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, 2-ci Fəxri xiyabanda dəfn olunub. Onun hərbidə olduğu müddətdə necə xidmət etməsi aldığı medallardan, dəfələrlə təltif olunması və mükafatlandırılmasından aydın görünür. Vətən müharibəsinə qatılanda da göstərdiyi igidlikləri döyüş yoldaşları valideynlərinə danışıb.

Onun həyat yodaşı Günay Tağıyeva bildirir ki, Ruslanla fəxr edir.

Ruslan ölümündən sonra "Vətən uğrunda" və ''İgidliyə görə'' medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətrafli videomateriali təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!