Neçə nəfərin deputatlığa namizədliyi qeydə alınıb ? MSK cavab verdi

SİYASƏT

29 Dekabr 2019 16:04

Oxunma sayi: 225
Neçə nəfərin deputatlığa namizədliyi qeydə alınıb ?   MSK cavab verdi

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 1808  nəfər müraciət edib.

 

Azmedia.az  xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

 

Onun sözlərinə görə, namizədlərin 350 nəfəri 18  siyasi partiya tərəfindən irəli sürülüb: "11  nəfər təşəbbüs qrupları tərəfindən, 1447  nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

 

M. Pənahov bildirib ki, müraciət edən şəxslərin 1348  nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub: "Onlardan 1142 nəfəri isə imza vərəqələrini artıq götürüb,  159 nəfər imza vərəqini qaytarıb, 27  nəfər deputatlığa namizədliyi qeydə alınıb. Deputatlığa qeydə alınanlardan 1-i siyasi partiya üzvüdür.  74 nəfər  isə seçkilərdə iştirakını dayandırıb”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!