“Neftçi“nin sükanı klubun canlı əfsanəsinə tapşırılacaq?

İDMAN

11 Aprel 2024 18:37

Oxunma sayi: 939
“Neftçi“nin sükanı klubun canlı əfsanəsinə  tapşırılacaq?

Rəşad Sadıqov uzun illərdən sonra «Neftçi»yə qayıda bilər.

Azmedia.Az Sportinfo-ya istinadən xəbər verir ki, «ağ-qaralar»ın Müşahidə Şurasının əksər üzvləri komandanın keçmiş kapitanını dönüşündə maraqlıdır.

Bu variant onlar arasında ciddi şəkildə müzakirə olunub. Şuranın adını çəkmək istəmədiyimiz 3 təmsilçisi Sadıqovun iyunda baş məşqçi postuna gətirilməsini təklif edib.

Bildiriblər ki, Miodraq Bojoviçlə əməkdaşlıq səmərəsiz görünür və o, burada qalarsa, qarşıya qoyulan hədəflərə çatmaq inandırıcı deyil.

Monteneqrolu çalışdırıcı ötən ilin dekabında (24-də) paytaxt təmsilçisində sükan arxasına keçib. 56 yaşlı balkanlı ilə 6 ay+1 illik müqavilə imzalanıb.

Bojoviç 2 tələb qarşılığında bu vəzifəyə üstlənib. Birincisi, çəmpionluq. İkincisi, ölkə kubokunun qazanılması.

O, ilk məqsəddən uzaq düşüb. «Qarabağ» Premyer Liqaının bitiminə 8 tur qalmış qızıl medalları özü üçün təmin edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!