Nəriman Salahovun Suqovuşandan keçən döyüş yolu VİDEO

SİYASƏT

05 Yanvar 2021 14:17

Oxunma sayi: 787
Nəriman Salahovun Suqovuşandan keçən döyüş yolu   VİDEO

44 gündə igidlərimiz bütöv Azərbaycan olmaq sevincini xalqımıza bəxş etdi. Nəriman Salahov da xalqımıza bu sevinci yaşadan igidlərdən olub. 

 

O, 1990-cı ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetində mühəndis peşəsinə yiyələnib. Təhsilini bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Müharibə başlayanda N.Salahovun ilk döyüş yolu Talışkənd uğrunda gedən savaşdan başlayıb. O, Suqovuşan uğrunda gedən ağır döyüşlər zamanı kürəyindən və qolundan yaralanıb.

N.Salahovun arzusu Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmək olub. Onun bu istəyini silahdaşları həyata keçirib. 

Ətraflı AzTV-nin süjetini təqdim edirik:

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!