Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qarşı davanı udub

SİYASƏT

18 Yanvar 2022 17:30

Oxunma sayi: 168
Nikol Paşinyan Avropa Məhkəməsində Ermənistana qarşı davanı udub

Avropa İnsan Hüquqları Məhkəməsi (ECHR) “Nikol Paşinyan Ermənistana qarşı” davasına dair qərarını açıqlayıb.

“Report” qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddəsi, həmçinin 5-ci maddəsinin 1-ci bəndi pozulub.

Ermənistan Baş naziri Nikol Paşinyanın iddiası 2008-ci il 19 fevral tarixli prezident seçkilərilə bağlıdır. Seçkilər zamanı namizədlərdən biri, sabiq dövlət başçısı Levon Ter-Petrosyanın fəal tərəfdarı və seçki qərargahının üzvü olan N.Paşinyan bildirib ki, martın 1-də İrəvandakı Azadlıq meydanında çadırlar quran mitinq iştirakçılarına polis hücum edib və onları qəddarlıqla döyüb.

2009-cu ilin 3 iyul tarixində N.Paşinyan İrəvan şəhəri Kentron və Nork Maraş Dairə Məhkəməsi tərəfindən 2 ay müddətli həbs cəzasına məıhkum edilib.

ECHR-a şikayət ərizəsində N.Paşinyan həmin qərarın qanunsuz olduğunu bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!