Norveç Azərbaycana NOTA verdi Qarabağla bağlı

SİYASƏT

07 Aprel 2020 21:55

Oxunma sayi: 1050
Norveç Azərbaycana NOTA verdi   Qarabağla bağlı

Norveç Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ bölgəsində işğalçı ölkə tərəfindən keçirilən qondarma “seçkilər”i tanımır.

 

Azmedia.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyi Azərbaycan tərəfinə rəsmi nota ünvanlayıb.

 

Rəsmi notada deyilir ki, Norveç martın 31-də Azərbaycanın işğal altında olan ərazisi Dağlıq Qarabağda keçirilən qondarma “seçkiləri” tanımır.

 

Qeyd edək ki, martın 31-də Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində – Dağlıq Qarabağda qondarma rejim tərəfindən “prezident və parlament” seçkiləri keçirilib./bakupost.az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!