“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi SƏRƏNCAM

SİYASƏT

27 Fevral 2021 23:00

Oxunma sayi: 614
“Notariat haqqında” qanunda dəyişikliklə bağlı hökumətə tapşırıq verildi   SƏRƏNCAM

Prezident İlham Əliyev "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.


Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alınır:


Azərbaycan Respublikasının Nazirlər Kabineti:


- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"ın "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 271-VIQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etmək məqsədilə iki ay müddətində, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həmin Təlimata müvafiq dəyişikliklər etsin;


- Həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!