Növbədənkənar parlament seçkiləri ilə bağlı 5 milyondan çox bildiriş çap ediləcək

SİYASƏT

28 Dekabr 2019 16:53

Oxunma sayi: 406
Növbədənkənar parlament seçkiləri ilə bağlı 5 milyondan çox bildiriş çap ediləcək

Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişin mətni, forması, sayı və hazırlanması qaydası təsdiq olunub.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən icasında verilib.

 

İclasda bildirilib ki, seçkilərlə bağlı 5 375 967 bildirişin çap edilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci il fevralın 9-da keçiriləcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!