Novruzda əfv olacaq? CAVAB

SİYASƏT

04 Mart 2020 15:22

Oxunma sayi: 821
Novruzda əfv olacaq?   CAVAB

Əvvəllər ildə ən azı bir dəfə Azərbaycanda əfv sərəncamı imzalanardı. Bu sərəncamlarla yüzlərlə məhbus azadlığa çıxar, neçə-neçə ailəyə sevinc bəxş olunar, xeyli sayda məhbusun cəzası yüngülləşdirilərdi. Artıq 1 ildir ki, Azərbaycanda əfv sərəncamı imzalanmır.

 

Buna səbəb nədir? Novruz bayramında "tilsimi" qırmaq mümkün olacaqmı?

 

Azmedia.az  yenisabah.az-a istinadla xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev  Novruz bayramında əfv sərəncamının olmayacağını deyib: "Bu il fevral ayının 9-da nəvbədənkənar parlament seçkiləri keçirildiyinə görə Əfv Komissiyasının iclasları keçirilmədi. Yəqin ki, Novruz bayramında əfv sərəncamı imzalanmayacaq. Ancaq inanıram ki, cənab Prezident il ərzində məhkum ailələrini sevindirəcək, sərəncam imzalayacaq. Onsuz da Azərbaycanda qanunvericiliyin dinamikləşdirilməsi istiqamətində mühüm addımlar atılır və yeni qanunlar qəbul olunur. Ötən il məhkəmə - hüquq islahatlarının keçirilməsi ilə bağlı prezidentin fərmanı odu. Orda göstərilir ki, cəzaların dekriminallaşdırılması istiqamətində qanunvericilikdə dəyişikliklər hazırlansın. Bununla bağlı müəyyən təkliflər hazırlanıb. Həmin təkliflər qəbul olunduqdan sonra Əfv Komissiyasında da həmin qanunlar tətbiq olunacaq. Əfv verilməsə də, komissiyanın struktur bölmələri işləyir, ərizələr qəbul olunur, şikayətlərə baxılır. Sadəcə, Əfv Komissiyasının iclasları sədr tərəfindən çağırılır. Ancaq məlum olduğu kimi, hazırda sədr postu boşdur, yəqin ki, sədr təyin olunandan sonra komissiyanın iclasları keçiriləcək".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!