Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb — SENSASİYA

SİYASƏT

29 Sentyabr 2020 16:40

Oxunma sayi: 1667
Öldürülən erməni generalının yerini Azərbaycana Ermənistanın muzdlu döyüşçüləri satıb       — SENSASİYA

Sentyabrın 28-də Azərbaycan Ordusunun raket zərbələri nəticəsində məhv edilən Ermənistan Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Arakel Martikyanın ölümü ilə bağlı sensasion məlumat yayılıb. 

 

Azmedia.az Sfera.az-a istinadən xəbər verir ki, general-mayor Arakel Martikyanın olduğu koordinatlar Ermənistanın Livandan Qarabağa gətirdiyi muzdlu döyüşçülər tərəfindən Azərbaycan tərəfinə ötürülüb. 

 

Daha sonra məlumatda qeyd olunur: "Bununla bağlı erməni ictimaiyyətində xəbərlər yayılıb. Həmin xəbərlərdə Ermənistanın Suriya və Livandan Qarabağa 7 min muzdlu döyüşçülər gətirdiyi deyilir. Həmin döyüşçülərin erməni general-mayoru Arakel Martikyanın hərəkət istiqamətləri və olduğu yerlə bağlı məlumatları daha çox pul qarşılığında Azərbaycan tərəfinə satdığı bildirilir. Bu cür məlumatların doğruluğunu erməni hərbçiləri də etiraf ediblər".  

Yayılan məlumata görə, "Armenia CT" saytı general-mayor Arakel Martikyanın Azərbaycan Ordusunun əks-hücumu nəticəsində öldürüldüyünü təsdiq edib. 

Qeyd edək ki, Arakel Martikyanın ölümü ilə bağlı Ermənistanda sosial şəbəkə istifadəçiləri də məlumat yayıblar.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!