Ölkədə cəmi 9 koronavirus xəstəsi qalıb

SAĞLAMLIQ

04 İyul 2023 16:47

Oxunma sayi: 473
Ölkədə cəmi 9 koronavirus xəstəsi qalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlar arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 831 952 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, 10 283 nəfər vəfat edib, aktiv xəstə sayı 9 nəfərdir.

Ölkədə son sutka ərzində 1 430, hazırkı dövrədək isə 7 646 279 test aparılıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!