Ordumuz qarşıya qoyulan tapşırıqları belə icra edir VİDEO

SİYASƏT

10 Yanvar 2022 12:42

Oxunma sayi: 156
Ordumuz qarşıya qoyulan tapşırıqları belə icra edir   VİDEO

Döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci tədris ilinin ilk təlim-məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib.

Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi və tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub.

Şəxsi heyətin çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!