Özbəkistan prezidenti Qaraqalpaqstanı suverenlikdən məhrum etməməyi təklif edib – FOTO

SİYASƏT

03 İyul 2022 01:25

Oxunma sayi: 172
Özbəkistan prezidenti Qaraqalpaqstanı suverenlikdən məhrum etməməyi təklif edib – FOTO

Özbəkistan prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaqıstan Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gələrək regionun suverenliyi ilə bağlı konstitusiyaya dəyişiklik edilməməsini təklif edib.

Bu barədə ölkə liderinin mətbuat katibi Şerzod Əsədov özünün “Telegram” kanalında məlumat verib.

“Prezident Özbəkistan Respublikası Konstitusiyasının 70, 71, 72, 74 və 75-ci maddələrinin qüvvədə olan redaksiyalarının dəyişdirilmədən saxlanılmasının zəruriliyini qeyd edib”, - deyə o, vurğulayıb.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!