Pakistandan Azərbaycana QARDAŞ DƏSTƏYİ Səfir AÇIQLADI

SİYASƏT

12 Dekabr 2020 13:45

Oxunma sayi: 630
Pakistandan Azərbaycana QARDAŞ DƏSTƏYİ   Səfir AÇIQLADI

“Pakistan hökuməti və xalqı həmişə Azərbaycanın yanında olub. Azad edilmiş ərazilərin yenidən qurulması, məcburi köçkünlərin ata-baba yurdlarına qaytarılması zamanı hərtərəfli dəstəyini göstərməyə hazırdır”.

Azmedia.Az xəbər verir ki , bunu Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter" səhifəsində paylaşıb.

Səfir əlavə edib ki, Pakistan hökuməti tərəfindən qardaş Azərbaycan xalqı üçün təyyarə ilə göndərilən yardımı yerli hakimiyyət orqanlarına təhvil verib.

O, Güclü Pakistan-Azərbaycan dostluğuna diqqət çəkərək, bundan qürur duyduğunu ifadə edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!