Parlament seçkiləri: 442 nəfərin namizədliyi təsdiq olundu MSK sədri

SİYASƏT

20 Dekabr 2019 16:59

Oxunma sayi: 603
Parlament seçkiləri: 442 nəfərin namizədliyi təsdiq olundu   MSK sədri

Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkiyə qatılmaq üçün müracət edənlərin sayı bu günədək 802 nəfərdir.

 

Azmedia.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu MSK-nın iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

 

O qeyd edib ki, namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülənlərin sayı 123 nəfərə çatıb:

 

“Təşəbbüs qrupları tərəfindən namizədliyi irəli sürülənlərin sayı 4, namizədliyi fərdi qaydada verilənlərin sayı 675 nəfərdir. Onlardan da bəziləri siyasi mənsubiyyətini qeyd eidb. Buna əsasən, biz deyə bilirik ki, onlardan 291-nin siyasi mənsubiyyəti var”.

 

MSK sədri bildirib ki, artıq 442 nəfərin namizədliyi təsdiq olunub, 339-u imza vərəqini götürüb.

MSK sədri bildirib ki, dekabrın 21-dən artıq namizədlərin qeydiyyatı başlayacaq:

“Ona görə də mən düşünürəm ki, biz sahabdan qeydiyyatla bağlı məlumatları da diqqətə çatdıracağıq. Qeydiyatın son günü 2020-ci il yanvarın 10-dur”.

M.Pənahov ölkə üzrə 5575 seçki məntəqəsinin fəaliyət göstərəcəyini vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!