Parlamentin buraxılması təxirə salındı Oqtay Əsədovdan AÇIQLAMA

SİYASƏT

29 Noyabr 2019 13:37

Oxunma sayi: 985
Parlamentin buraxılması təxirə salındı   Oqtay Əsədovdan AÇIQLAMA

Milli Məclisin buraxılması məsələsi dekabrın 2-də müzakirəyə çıxarılacaq.

 

Azmedia.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

 

Spiker bildirib ki, Yeni Azərbaycan Partiyası parlamentin buraxılması ilə bağlı ali qanunverici orqanın ölkə Prezidentinə müraciəti üçün Məclisə müraciət edib.

 

Qeyd edək ki, ötən gün YAP Siyasi Şurasının iclası, eyni zamanda partiyanı parlamentdə təmsil edən deputatlarla görüş keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmələri tövsiyə olunub. Həmçinin bununla bağlı Milli Məclisə müraciət ünvanlanması qərara alınıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!