“Paşinyan Azərbaycan və Türkiyə ilə birgə bunu etmək istəyir“ SİRLƏR AÇILIR

SİYASƏT

19 Dekabr 2020 20:45

Oxunma sayi: 643
“Paşinyan Azərbaycan və Türkiyə ilə birgə bunu etmək istəyir“   SİRLƏR AÇILIR

"Paşinyan istefasını uzadır, çünki onun etməli olduğu çox iş var"
 

Azmedia.Az Sfera.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan bildirib. O, bir neçə kəndin Azərbaycana verilməli olduğunu qeyd edib:
 

"Paşinyanın görməli olduğu işlər sırasında qoşunların çıxarılması, Azərbaycana şimalda 7-8 kəndin, Vayka, Ararat və Sünikdə bir neçə kəndin verilməsi var.

 
O, həmçinin Bakı ilə demarkasiya, diplomatik münasibətlərin bərpası haqqında razılaşma imzalamağa hazırlaşır. Paşinyan Azərbaycandan Türkiyəyə gedən Sünikdən keçəcək qaz kəmərinin tikilməsi və nəhayət Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətindədir”, deyə eks rəhbər bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!