Paşinyan parlament seçkilərində qalib gəldi

SİYASƏT

21 İyun 2021 09:30

Oxunma sayi: 238
Paşinyan parlament seçkilərində qalib gəldi

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində səslərin sayılması prosesi başa çatıb. 

Azmedia.Az “Sputnik” xəbər verir ki, ölkənin Mərkəzi Seçki Komissiyasından verilən məlumata görə, Baş nazir vəzifələrini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.9 %-ni toplamaqla qalib gəlib.

Ermənistanın esk-prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 21 % səs toplayıb.

“Çiçəklənən Ermənistan” 3.9, digər siyasi qüvvələr isə səslərin 15.7 faizini toplayıb.

Qeyd edək ki, Nikol Paşinyan Sünik və İrəvan da daxil olmaqla Ermənistanın bütün bölgələrində qalib gəlib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!