Paşinyandan sensasion status: Xocalını ruslar törədib FOTO

SİYASƏT

20 Fevral 2020 14:47

Oxunma sayi: 1183
Paşinyandan sensasion status:     Xocalını ruslar törədib   FOTO

Ermənistan Baş nazir Nikol Paşinyan fevralın 15-də Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevlə debatda aldığı ağır təəssüratdan çıxa bilmir.
 

Azmedia.az  axar.az-a istinadən xəbər verir ki, ölkəsinə qayıtdıqdan sonra Paşinyan Xocalı soyqırımı məsuliyyətini sələflərinin və ümumiyyətlə, ermənilərin üzərindən atmaq üçün bir status paylaşıb.

 

Status belədir:
 

“Fakt fakt olaraq qalır: Xocalıda azərbaycanlıların qırğınının Azərbaycandakı ermənilərlə ortaq heç nəyi yoxdur, bunu Rusiyanın 366-cı alayı edib. Bu faciədə bizim günahımız yoxdur”.
 

Bundan təxminən bir neçə dəqiqə sonra isə Paşinyan ciddi siyasi səhvə yol verdiyini anlayıb və paylaşımını silib.
 

Əvəzində isə bu sözləri saxlayıb:
 

“Fakt fakt olaraq qalır”.
 

Qeyd edək ki, sözügedən statuslar skrin edilərək, erməni mediasında paylaşılıb.
 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!