Paşinyanın işdən çıxara bilmədiyi məmura Cinayət işi açıldı

SİYASƏT

27 Dekabr 2019 15:03

Oxunma sayi: 224
Paşinyanın işdən çıxara bilmədiyi məmura   Cinayət işi açıldı

Ermənistan Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

 

Azmedia.az Teleqraf.com-a istinaden xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədrinə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi üzrə ittiham irəli sürülüb.

 

Bu barədə Ermənistan Xüsusi İstintaq Xidməti məlumat yayıb.

 

Qeyd edilir ki, Xüsusi İstintaq Xidməti bu gün Konstitusiya Məhkəməsinin rəhbərini elə məhkəmə binasında sorğu-sual edir.

 

Onu da bildirək ki, keçmiş prezident Robert Köçəryanın vəkili Ermənistan Konstitusiya Məhkəməsi sədrinin yaxın qohumudur. Ona qarşı açılan cinayət işinin siyasi xarakter daşıdığı bildirilir. Belə ki, baş nazir Nikol Paşinyan Konstitusiya Məhkəməsi sədrini işdən çıxara bilmir və ona qarşı kampaniya aparırdı.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!