Paşinyanın oğlu Qarabağda döyüşməkdən İMTİNA ETDİ

SİYASƏT

30 Sentyabr 2020 12:50

Oxunma sayi: 837
Paşinyanın oğlu Qarabağda döyüşməkdən    İMTİNA ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oğlu Aşotun Qarabağdakı döyüşlərə qatılacağını söyləmişdi.

 

Azmedia.az xəbər verir ki, Ermənistan KİV-nin yazdığına görə, bu populist açıqlamadan bir saat keçdikdən sonra o, yenidən danışaraq oğlunun cəbhəyə getməyinə lüzum olmadığını deyib.

 

"İndi aydın olub ki, oğluma döyüş meydanında ehtiyac yoxdur”-deyə o söyləyib.

 

Ermənistan müxalifəti Anna Akopyanın əvvəldən oğlunu cəbhəyə göndərmək istəmədiyini, Aşot Paşinyanın da Qarabağa getməkdən imtina etdiyini yazıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!