Pavel Lakiyçuk: “Rusiya Ermənistanı öz cinayətlərində əlbir kimi seçib”

SİYASƏT

31 Mart 2022 12:14

Oxunma sayi: 362
Pavel Lakiyçuk:  “Rusiya Ermənistanı öz cinayətlərində əlbir kimi seçib”

“Nikol Paşinyan Aleksandr Lukaşenkodan sonra Vladimir Putinin “müttəfiq-qurban” statusuna ikinci namizəddir. Rusiya rəhbərliyi onları öz hərbi cinayətlərində əlbir kimi seçib. Onlar ortaya çıxacaq bütün nəticələrlə birlikdə ipdən asılıdırlar”.

Bu sözləri ukraynalı hərbi ekspert, “Strategiya XXI” Qlobalistika Mərkəzinin təhlükəsizlik proqramlarının rəhbəri Pavel Lakiyçuk Oxu.Az-a danışarkən deyib.

“Əslində, Kreml üçün köməyin necə olacağının fərqi yoxdur. 10 əsgər – yaxşı. Min əsgər – çox yaxşı. Dörd qırıcı – yaxşı, ancaq biz ay ərzində artıq 120-dən çox Rusiya hərbi təyyarəsini vurmuşuq. Dörd təyyarə artıq və ya əskik olması önəmli deyil. Ancaq təbii ki, oğullarımız əlavə işləməli olacaqlar”, - deyə P.Lakiyçuk qeyd edib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!