Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

ÖLKƏ

24 Aprel 2024 10:27

Oxunma sayi: 810
Paytaxtın bu ərazilərində yeni parklar salınacaq  - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. 

Azmedia.Az bildirir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. 

Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəlif növ ağaclar, gül və kol bitkiləri ilə yanaşı müasir işıqlandırma sistemlərinin quraşdırılması da nəzərdə tutulur. 

Baş plana əsasən sənədin icra mərhələləri çərçivəsində Dənizkənarı Milli Parkın Zığ istiqamətində uzadılması, 28 may və Lökbatan ərazisində Hibrid Dəhlizlər daxilində yaşıllıqların salınması, Böyükşor gölü ətrafında Meşə parkın, Xocasən ərazisində mühafizə olunan təbiət parkının, Bülbülə və Zığ göllərinin təmizlənərək rekreasiya zonalarının yaradılması planlaşdırılır.

Yeni parkların salınmasının 2026-2030 ilə qədər yekunlaşması nəzərdə tutulub. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!