“Pəncə Kilid” əməliyyatı: “Bordo bereli”lərin ardınca komandolar da cəlb olundu

SİYASƏT

19 Aprel 2022 13:30

Oxunma sayi: 323
“Pəncə   Kilid” əməliyyatı:  “Bordo bereli”lərin ardınca komandolar da cəlb olundu

Türkiyənin İraqın şimalında başlatdığı “Pəncə-Kilid” əməliyyatı ilə bağlı detallar bəlli olub.

Məlum olub ki, əməliyyat ərazisinə ilk növbədə “bordo bereli”lər cəlb olunub. Bundan sonra isə komanda dəstələri əməliyyata daxil edilib.

Əməliyyat zamanı terrorçulara aid mağazalar, tunellər, düşərgələr darmadağın edilib. Bundan əlavə Şeledize, Korejero və Birindara bölgələrində terrorçularla türkiyəli hərbçilər arasında atışma baş verib.

Əməliyyatın keçirildiyi əraziyə bütün giriş-çıxışlar bağlanıb. İndiyə qədər 18 strateji məntəqə ələ keçirilib və Türkiyə hərbçiləri burada mövqe tutub.

Türkiyə ordusu həmçinin ərazidə fransalıların inşa etdiyi 30-35 kilometrlik tunellərə daxil olub.

Əməliyyatla bağlı digər bir diqqətçəkən məqam Suriya və İraqda təcrübəsi olan hərbçilərin cəlb olunmasıdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!