Pensiyaçılara yenidən əlavə 200 manat veriləcək? - RƏSMİ AÇIQLAMA

ÖLKƏ

06 Aprel 2024 12:50

Oxunma sayi: 2525
Pensiyaçılara yenidən əlavə 200 manat veriləcək?  - RƏSMİ AÇIQLAMA

Pensiyaçalara maddi yardım verilməsi məsələsinə aydınlıq gətirilib.

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

"2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənilir. Sosial ödənişlərdə artımlar ola bilər. Bunu indi dəqiq demək çətindir. Vətəndaşlara dövlətin dəstəyi davamlı şəkildə gücləndirilir", - deyə o bildirib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!