Pentaqon hesab edir ki, Rusiya və Ukrayna ilə bağlı vəziyyətə görə ABŞ və NATO nun maraqları risk altındadır

SİYASƏT

03 Dekabr 2021 10:35

Oxunma sayi: 233
Pentaqon hesab edir ki, Rusiya və Ukrayna ilə bağlı vəziyyətə görə ABŞ və NATO   nun maraqları risk altındadır

“ABŞ və NATO-nun mühüm milli təhlükəsizlik maraqları Rusiya-Ukrayna sərhədindəki vəziyyətə görə risk altındadır”.

Bu fikri Seuldan Vaşinqtona qayıdan təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandıran ABŞ silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin sədri general Mark Milli deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna sərhədi yaxınlığında Rusiyanın hərbi fəaliyyətinin böyük narahatlıq yarada biləcək kifayət qədər əlamətlərini görür. General bildirib ki, son vaxtlar rus ritorikası getdikcə daha sərt xarakter alır.

“Rusiyanın 1991-ci ildən müstəqil olan bir milli dövlətə qarşı açıq-aşkar təcavüzkar hərbi əməliyyatı olarsa, Birləşmiş Ştatların və NATO-ya üzv ölkələrin milli təhlükəsizlik maraqları risk altında ola bilər”, - deyə Milli iddia edib.

Mənbə: TASS

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!