Peşakar interyer dizayner Leyla Cabbarlı Müsahibə

MÜSAHİBƏ

10 Dekabr 2021 17:20

Oxunma sayi: 993
Peşakar interyer dizayner Leyla Cabbarlı   Müsahibə

Azmedia.Az interyer dizayner Leyla Cabbarlının müsahibəsini təqdim edir:

Özünüz haqqında danışın

Adım Leyla N. Cabbarlı. N - atamın adıdır, Nahib. Hətta imzamda atamın adı keçir. İç memaram, 2005ci ildən bu sahədəyəm. Düzü uşaqlıqda geyim tasarımcısı olmaq arzum var idi, əl qabiliyyətim yaxşı idi, geyimlər cizirdim. Amma 2000ci illərdə interyerlə maraqlanmağa başladım, o vaxtlar kompüterlər yeni çıxırdı və 3d ilə maraqlanmağa başladım və iç memarlıq sahəsini seçdim və təhsil aldım Rusiyada.

Uğur sizin üçün nədir?

Uğur mənim üçün, ailəmin mənə dəstək olmağı, həyatda öz yerimi tapmaqdır, insanların hörmətini qazanmaq. Və mən buna nail oldum şükürlər olsun.

Bizdən eşitmək istədiyiniz sual ? Və həmin sualın cavabı...

Yeni başlayan dizaynerlərə kömək etmək istərdinizmi? - "bəli, mən bunun haqqında düşünürəm və inşallah tezliklə bu proje həyata keçəcək".

Nəyə görə məhz bu peşəni seçdiz?

Daha öncə qeyd etdiyim kimi, uşaqlıqdan yaradıcılığa həvəsim var idi. Moskvada bu sahə daha tez dəbə gəldiyi üçün o vaxtlardan artıq maraqlanırdım iç memarlıqla.

Əvvəldən dizayner olmaq istəyi var idi, yoxsa sonrada bu istək yarandı?

Sonradan yarandı. Karyera qurmaq marağım çox idi. Yadıma gəlir 1ci işimə qəbul olmaq üçün yalan danışmışdım ki məni işə alsınlar (gülür) çox istəyirdim artıq işə başlayım və özümu doğrultdum hətta maaşımı artırdılar (gülür). Yeni uğur qazanmaq üçün inadkar və özünə güvənmək lazımdır, qorxmaq lazım deyil.

Peşəkar dizaynerin işini, qeyri peşəkar dizaynerin işindən müştəri olaraq necə seçmək olar?

Reallaşdırdığı işlərdən, projedə göstərilən ölçülərdə. Ən əsası dizaynerin özgüvənliyindən.

Müştərilərin hamısı işinizin sonunda razı qalır?

90% 1ci dəfədən bəyənilir və təsdiqlənir maksimum rəng dəyişikliyi olur.

Yaxında baş tutacaq "Buta Milli Mükafatı" -na layiq görülməyinizin əsas səbəbləri nədir?

Son 2 ildə böyük projelər və onları uğurla həyata keçirməyim.

Uğur qazanmaq üçün durmadan işləmək lazımdır, işləmək üçün güc lazımdır, siz ən böyük gücü hardan alırsız?

Ailəmin dəstəyindən ilk öncə, oğlumdan və qazandığım uğurlardan.

Uğur hekayəniz nəcə başladı?

Türkiyədə 5 ulduzlu 3 mərtəbəli gəminin projesini həyata keçirdim. Karyeramın ilk addımı bundan sonra başladı və uğur qazandım.

Bu il aldığınız ən xoş xəbər nə idi?

Oğlumun rəssamlıq istedadını üzə çıxması.

Bu uğur yolunda ən çox kimin və ya kimlərin məsləhətlərindən yararlanmısız?

Təbiiki ailəmin. Sonra isə seminarlara qatıldım və audio kitablar alırdım.

Son olaraq dizaynerə müraciət edəcək müştərilərə nə demək istərdiz?

Professional iç memarlara müraciət etsinlər.

 

Aynur Hüseynzadə

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!