Piylənmənin gizli təhlükəsi açıqlandı

SAĞLAMLIQ

04 İyul 2023 10:00

Oxunma sayi: 557
Piylənmənin gizli təhlükəsi açıqlandı

“Piylənmə qamətin pozulmasına səbəb ola bilər”.

Bu barədə rusiyalı məşhur həkim və teleaparıcı Aleksandr Myasnikov artıq çəkinin gizli təhlükələri barədə danışarkən bildirib.

Aparıcının sözlərinə görə, qarın böyük olduğuna görə bədəndəki ağırlıq mərkəzi dəyişir, ona görə də insan daim arxaya əyilir.

Həkim hamilə qadınların da oxşar problemlərlə üzləşdiyini, ancaq onlar üçün müvəqqəti xarakter daşıdığını qeyd edib.

“Lakin böyük qarınla əlaqədar belə bir duruş əldə edilərsə, sonra onu dəyişmək mümkün olmur. Bu ət deyil, piy deyil. Bəs onda onurğa sütununu qırmaq lazımdır?..”, - deyə Myasnikov xəbərdarlıq edib.

Bu səbəbdən o, ilk növbədə qidalanmaya fikir verməyi və idmanla məşğul olmağı tövsiyə edib.

Mənbə: Lenta.ru

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!