Prezident göstəriş verdi: Müdafiə naziri azad edilmiş ərazilərdəki ordunun döyüş hazırlığını yoxladı FOTO

SİYASƏT

09 Yanvar 2021 11:45

Oxunma sayi: 591
Prezident göstəriş verdi:       Müdafiə naziri azad edilmiş ərazilərdəki ordunun döyüş hazırlığını yoxladı   FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti Azərbaycan ordusunun azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrinin təminatını və döyüş hazırlığının səviyyəsini yoxlayıb.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazir hərbi qulluqçular üçün yaradılan şəraitlə maraqlanıb, vəzifəli şəxslərə müvafiq tapşırıqlar verib.

 

Sonda nazirliyin rəhbərliyi hərbi qulluqçularla birgə nahar edib və çay süfrəsi arxasında onları maraqlandıran mövzularla bağlı söhbətlər aparıb.

                                     
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!