Prezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi SƏRƏNCAM

SİYASƏT

02 Dekabr 2019 16:51

Oxunma sayi: 983
Prezident Gündüz Kərimovu yüksək vəzifəyə təyin etdi   SƏRƏNCAM

Prezident İlham Əliyev Gündüz Kərimovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

 

Azmeda.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamda deyilir:

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Gündüz Hacı oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilsin".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!