Prezident Hacıqabul rayonuna yeni başçı təyin etdi

SİYASƏT

04 Dekabr 2019 15:18

Oxunma sayi: 1063
Prezident Hacıqabul rayonuna yeni başçı təyin etdi

Prezident İlham Əliyev Ə.K.Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Azmedia.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

XXX 

 

Prezident İlham Əliyev R.G.Xəlilovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda deyilir:

 

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

 

Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!