Prezident Hikmət Mirzəyevə general leytenant ali hərbi rütbəsi verdi

SİYASƏT

17 Oktyabr 2020 15:55

Oxunma sayi: 745
Prezident Hikmət Mirzəyevə general   leytenant ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Hikmət Mirzəyevə ali hərbi rütbənin verilməsi haqqında sərəncam imzalayıb. 

 

Sərəncama əsasən, general-mayor Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Hikmət Mirzəyev Xüsusi Təyinatlı Qüvvələrin komandanıdır. 

Xatırladaq ki, oktyabrın 4-də İlham Əliyev Hikmət Mirzəyevi və onun rəhbərlik etdiyi şəxsi heyəti Cəbrayıl şəhərinin və rayonunun doqquz kəndinin işğaldan azad olunması münasibətilə təbrik edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!