Prezident İlham Əliyev: “Azərbaycan öz öhdəliklərinə sadiqdir“

SİYASƏT

23 Fevral 2021 18:45

Oxunma sayi: 665
Prezident İlham Əliyev:     “Azərbaycan öz öhdəliklərinə sadiqdir“

Azərbaycan öz öhdəliklərinə sadiqdir.


Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev fevralın 23-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini videoformatda qəbul edərkən deyib.


Dövlət başçısı bildirib: "Biz müharibə zamanı beynəlxalq norma və qaydalara əməl etməklə çox ləyaqətli, doğru şəkildə davrandıq. Zənnimcə, müharibədən sonra çox konstruktiv yanaşma nümayiş etdiririk. Düşünürəm ki, bu reallıqlar uzunmüddətli olacaq.


Regionumuzun uzun illər ərzində gözlədiyi sülh bərqərar olub və bu sülh uzunmüddətli olmalıdır. Əminəm ki, Mərkəzin fəaliyyətində siz, həmçinin bu imkanlara, müharibədən sonrakı inkişaf imkanlarına, münaqişədən sonrakı vəziyyətə diqqəti cəmləyəcəksiniz".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!