Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunu Laçının azad olunmasına görə təltif etdi SİYAHI

SİYASƏT

29 Dekabr 2020 21:45

Oxunma sayi: 640
Prezident İlham Əliyev bir qrup hərbi qulluqçunu Laçının azad olunmasına görə təltif etdi   SİYAHI

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.


Azmedia.Az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş 5 775 hərbi qulluqçu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.


Təltif edilənlərin 5-i polkovnik, 39-u polkovnik-leytenantdır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!