Prezident İlham Əliyev bu rayonlara 6 milyon manat ayırdı

SİYASƏT

20 Avqust 2020 12:49

Oxunma sayi: 275
Prezident İlham Əliyev bu rayonlara 6 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Azmedia.az  AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, zəlzələlər nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!