Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər

SİYASƏT

15 Fevral 2020 23:49

Oxunma sayi: 453
Prezident İlham Əliyev: Ermənilər işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər

Ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar. Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur.

 

Trend Prezidentin köməkçisi Hikmət Hacıyevin Tvitter səhifəsinə istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə söyləyib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!