Prezident İlham Əliyev Milli Məclisi buraxdı Növbədənkənar seçkilərin vaxtı bilindi

SİYASƏT

05 Dekabr 2019 16:58

Oxunma sayi: 675
Prezident İlham Əliyev Milli Məclisi buraxdı   Növbədənkənar seçkilərin vaxtı bilindi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışının buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. 

 

Azmedia.az xəbər verir ki, bununla bağlı AZƏRTAC məlumat yayıb. 

 

Sərəncama əsasən, Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılır.

 

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!