Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

SİYASƏT

22 Avqust 2020 17:20

Oxunma sayi: 736
Prezident İlham Əliyev Ukrayna Prezidentini təbrik edib

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu yazıb.

 

Azmedia.az  AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident, Dost Ukraynanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

Bu gün Azərbaycan Respublikası ilə Ukrayna arasındakı münasibətlər dinamik inkişaf yolundadır. İnanıram ki, ənənəvi dostluq əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcək və genişlənəcəkdir.

 

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının dost Ukrayna xalqı ilə həmrəy olduğunu bildirmək istəyirəm.

 

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Ukrayna xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!