Prezident Kim Çen Ina təbrik məktubu ünvanlayıb

SİYASƏT

09 Sentyabr 2024 12:16

Oxunma sayi: 171
Prezident Kim Çen Ina təbrik məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Zati-aliləri cənab Kim Çen Ina təbrik məktubu ünvanlayıb.

Azmedia.Az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri,

Koreya Xalq Demokratik Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr daha da inkişaf edəcək, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımız bundan sonra da genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!