Prezidentdən yeni icra başçısına irad: “Yaşça kiçiksən, yerini dəyiş“ VİDEO

SİYASƏT

05 Mart 2020 17:04

Oxunma sayi: 1276
Prezidentdən yeni icra başçısına irad:     “Yaşça kiçiksən, yerini dəyiş“   VİDEO

Prezident İlham Əliyevin yeni təyin olunan icra başçılarını qəbul edərkən yaşca böyüyə hörmət məsələsini gündəmə gətirməsi diqqət çəkib.
 

AZXEBER.COM xəbər verir ki, o, Neftçalaya icra başçısı təyin olunan 30 yaşlı Mirhəsən Seyidovdan özündən yaşca böyük olan Nahid Bağırova yol verməsini istəyib.
 

Qeyd edək ki, N.Bağırov Prezidentin Sərəncamı ilə İsmayıllıya icra başçısı təyin olunub. Onun 30 yaşı var.
 

Bu fakt bir daha göstərir ki, xalqımıza xas mənəvi keyfiyyətlərin qorunması hər kəs üçün vacib missisya olmalıdır. Prezident İlham Əliyevin bu dəyəri gündəmə gətirməsi və daim diqqətdə saxlaması özündə bir çox amilləri ehtiva edir. Ənənəvi dəyərlərə sadiqlik, böyüyə hörmət və sadəlik.

 

Ölkə başçısı bütün tədbirlərdə, keçirdiyi görüşlərdə böyüklərə, ağbirçəklərə bəslədiyi hörmətlə daim nümunə göstərib. Prezidentin istər şəhid ailələri ilə görüşündə, istərsə də bölgələrə səfəri zamanı yaşlı insanlarla səmimi söhbətləri, onları qayğılandıran məsələlərlə bağlı həssas yanaşması deyilənlərin təsdiqidir.

 

Həmin anları təqdim edirik:

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!