Prezidentin köməkçisi: “Ermənistan atəşkəs rejimini pozmaqda davam edir”

SİYASƏT

10 Oktyabr 2020 15:32

Oxunma sayi: 1025
Prezidentin köməkçisi:       “Ermənistan atəşkəs rejimini pozmaqda davam edir”

“Ermənistanın Azərbaycana qarşı təcavüzü 30 ildən artıqdır davam etməkdədir. Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin müvəqqəti atəşkəslə bağlı qəbul etdiyi bəyanatdan sonra bu gün də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin Azərbaycana hücumları davam etməkdədir”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, bu açıq şəkildə onu göstərir ki, Ermənistan tam şəkildə riyakar siyasət həyata keçirməkdədir:

“Ermənistan müəyyən olunmuş atəşkəs rejimini pozmaqda davam edir. Azərbaycan ordusu da özünümüdafiə prinsipi əsasında düşmənə cavab verir”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!