Psaki: “Bayden Putinlə görüşmək üçün 50 il hazırlaşıb”

SİYASƏT

14 İyun 2021 16:00

Oxunma sayi: 350
Psaki:     “Bayden Putinlə görüşmək üçün 50 il hazırlaşıb”

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə görüş kimi vacib danışıqlara 50 il hazırlaşıb.

Azmedia.Az “RİA Novosti”nin məlumatına görə bildirir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

Onun sözlərinə görə, Bayden rusiyalı həmkarından nə gözlədiyini dəqiq bilir.

“ABŞ lideri hesab edir ki, Rusiya prezidenti ilə qarşıdakı görüş etibar və dostluq barədə deyil, Moskva və Vaşinqtonun hansı məsələlərdə dil tapa biləcəyi ilə bağlıdır”, - deyə Psaki əlavə edib.

Qeyd edək ki, NATO sammiti çərçivəsində Putin və Bayden arasındakı görüşün iyunun 16-da Cenevrədə keçirilməsi planlaşdırılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!