Putin Bayden görüşünün tarixi açıqlandı

SİYASƏT

03 Dekabr 2021 11:20

Oxunma sayi: 242
Putin   Bayden görüşünün tarixi açıqlandı

Rusiya və ABŞ Prezidentləri arasında videokonfrans formatında baş tutacaq görüşün tarixi açıqlanıb.

Azmedia.Az “Kommersant”a istinadən xəbər verir ki, görüş dekabrın 7-si keçiriləcək.

Putin və Baydenin danışıqlar zamanı Avropa və Ukraynadakı vəziyyəti, eləcə də daha əvvəl əldə olunan razılıqların icrasını müzakirə edəcəyi gözlənilir.

Rusiya mediasının daha əvvəl yaydığı məlumata görə, iki ölkə lideri arasında iki görüşün keçirilməsi planlaşdırılır. Birinci görüş 2021-ci ilin sonunda onlayn formatda, ikinci görüş isə 2022-ci ildə canlı şəkildə keçiriləcək.

Qeyd edək ki, Putin və Bayden arasında ilk danışıqlar iyunun 16-sı Cenevrə şəhərində keçirilib. Bu zaman liderlər arasında görüş təqribən 3 saat yarım davam etmişdi.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!