Putin Lukaşenko görüşündə uzun masadan istifadə olunmadı

SİYASƏT

18 Fevral 2022 15:50

Oxunma sayi: 235
Putin   Lukaşenko görüşündə uzun masadan istifadə olunmadı

Kremldə Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko arasında danışıqlar başlayıb.

Azmedia.Az “TASS”a istinadən xəbər verir ki, bu, cari ildə liderlər arasında canlı olaraq keçirilən ilk görüşdür. Tərəflərin sonuncu görüşü ötən ilin dekabrında Sankt-Peterburqda baş tutub.

Görüş koronavirusla bağlı əlavə məhdudiyyətlər olmadan keçirilir. Belə ki, Putin Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şoltsla Kremldə keçirdiyi görüşlər zamanı bir neçə metrlik sosial məsafə saxlasa da, bu görüşdə Prezidentlər arasında uzun məsafə saxlanılmayıb.

Putinin digər görüşlərində olduğundan fərqli olaraq, Lukaşenko ilə görüşdə 6 metr uzunluğa sahib oval masadan istifadə olunmayıb. İki ölkə lideri danışıqlardan əvvəl səmimi şəkildə görüşərək bir-birinə yaxın yerləşdirilən kreslolarda əyləşiblər. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!