Putin Tacikistana getdi

SİYASƏT

28 İyun 2022 19:30

Oxunma sayi: 246
Putin Tacikistana getdi

Rusiya Prezidenti Vladimir Putin müharibə başlayandan bəri ilk dəfə Rusiyanı tərk edərək Tacikistanın paytaxtı Düşənbəyə gedib.

Azmedia.Az xarici KİV-ə istinadən xəbər verir ki, səfər zamanı Putin Tacikistan Prezidenti Emomali Rahmon ilə danışıqlar aparacaq.

Bildirilib ki, onların danışıqlarının gündəliyinə ikitərəfli münasibətlər, sərhədlərdəki vəziyyət və Əfqanıstanla bağlı məsələlər daxildir. Putinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, danışıqlarda Tacikistanın Avrasiya İqtisadi İttifaqına qoşulması məsələsi gündəmə gələ bilər.

Bu, onların 2022-ci ilin əvvəlindən KTMT-nin mayın 16-da Moskvada keçiriləcək sammitindən sonra ikinci görüşü olacaq.

Putin Düşənbəyə səfərindən sonra Türkmənistanın paytaxtı Aşqabada getməyi planlaşdırır.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!