Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı

SİYASƏT

27 İyun 2022 17:50

Oxunma sayi: 285
Putin Ukraynadakı müharibəni idarə etməyi başqa generala tapşırdı

Ukraynada davam edən müharibəyə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəisi, general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Azmedia.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) məlumat yayıb.

Ətraflı

Bildirilir ki, Rusiyanın müstəqil Ukrayna ərazisinə genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında müharibənin aparılmasına Cənub Hərbi Dairəsinin komandiri, ordu generalı Aleksandr Dvornikovun əvəzinə general-polkovnik Gennadi Jidko rəhbərlik edir.

Bundan əlavə, ISW-in məlumatına görə, Kreml Ukraynada müharibəni tam səfərbərlik olmadan davam etdirmək məqsədilə "gizli səfərbərlik" həyata keçirmək üçün Rusiya qanunları ilə manipulyasiya etməyə davam edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!