Putin və Bayden Ukraynanı müzakirə edəcək VIDEO

SİYASƏT

07 Dekabr 2021 13:00

Oxunma sayi: 242
Putin və Bayden Ukraynanı müzakirə edəcək   VIDEO

Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Co Bayden arasında videokonfrans keçiriləcək. Telekörpü rejimində görüş zamanı regional təhlükəsizlik də daxil olmaqla ən vacib məsələlər müzakirə olunacaq. Əsas diqqət mərkəzində isə Ukraynadakı vəziyyət olacaq.

Rusiya NATO-nun Ukrayna ordusuna təchizat baxımından yardımından narahatdır, amerikalılar və avropalılar Rusiya qoşunlarının qərb sərhədləri yaxınlığında yüksək hərəkətliliyindən danışırlar (Moskva bunu kontingentinin öz ərazisində normativ qaydada hərəkəti ilə izah edir).

Ötən həftə Vladimir Putin substantiv danışıqlar aparmaq və NATO-nun şərqə doğru genişlənməyəcəyi ilə bağlı hüquqi təminat almağı təklif edib. Qərb mətbuatının yazdığına görə, ABŞ Ukraynaya hərbi müdaxilə edəcəyi təqdirdə yeni anti-Rusiya sanksiyaları məsələsi üzərində işləyir.

Mənbə: euronews.com

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!