Putin və Makron Qarabağı müzakirə etdi

SİYASƏT

22 Dekabr 2020 23:15

Oxunma sayi: 630
Putin və Makron Qarabağı müzakirə etdi

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

Azmedia.Az xəbər verir ki , bu barədə Kremlin saytında məlumat verilib.

Liderlər telefon söhbətində Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

Vladimir Putin regionda vəziyyətin stabilləşdiyini, üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirildiyini qeyd edib.

Prezidentlər həmçinin regionda rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndiriblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!